Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda külli miqdarda qızıl oğurlayan dəstə üzvləri tutulub - FOTO

Polis əməkdaşları tərəfindən mülkiyyət əleyhinə olan cinayətlərlə mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Yenicag.Az-a verilən məlumata görə, Bakı şəhər sakini Vüqar Məmmədov Nərimanov Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək avqustun 20-dən 27-nədək evdə olmadığı müddətdə mənzilinə naməlum şəxs və ya şəxsləri daxil olduğunu və seyfdə saxladığı külli miqdarda qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Nərimanov RPİ əməkdaşları tərəfindən isti izlərlə və peşəkarlıqla həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qeyd edilən cinayətin Abşeron rayon sakinləri – Fəxri Nərimanlı, Nurlan Məmmədov və qohumu Qara Məmmədov tərəfindən törədildiyi müəyyən edilib və adları çəkilən şəxslər saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Qeyd edək ki, mənzilə dəstə üzvləri F.Nərimanlı və N.Məmmədov daxil olub. Hadisədən sonra qeyd edilən şəxslər dəstənin digər üzvü Q.Məmmədovla görüşüblər.

Q.Məmmədov oğurlanan qızılları öz şəxsiyyət vəsiqəsi ilə Nəsimi rayonu ərazisində yerləşən lombarda və ticarət mərkəzlərindən birində satıb.

Qeyd edilən faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Yenicag.Az

www.yenicag.az

550
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM