Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda KURYOZ OLAY: Polis təklikdə iftar açan kassiri 200 manat CƏRİMƏLƏDİ

Paytaxtda onlayn yemək sifarişi həyata keçirən fast-food restoranlarından birinin əməkdaşı iş yerində iftar açdığı üçün cəzalandırılıb.

Yenicag.az-ın məlumatına görə, hadisə Bakının Nizami küçəsində (Tarqovı) yerləşən obyektlərdən birində baş verib.

Qeyd olunur ki, obyektin kassiri işlədiyi yerdə təkbaşına iftar açarkən, polis müdaxiləsinə məruz qalıb.

Adının çəkilməsini istəməyən cərimələnən şəxs bildirib ki, evi uzaq olduğu üçün iftarını işlədiyi məkanda açmalı olur:

“Masaya iftar üçün su, xurma və şorba qoymuşdum. Bu zaman polis əməkdaşı içəri daxil oldu və məni 200 manat cərimələdi. Başa düşmürəm, məgər mən işlədiyim obyektdə yemək yeyə bilmərəm? Yaxşı, bəs iftarımı harada açmalıyam?”

Vurğulamaq yerinə düşər ki, bu, polis əməkdaşlarının karantin rejimini pozduqlarını iddia edərək, vətəndaşları əsassız olaraq, yüksək məbləğdə cərimələdiklərinə dair yeganə şikayət deyil.

Səxavət Məmməd

www.yenicag.az

2274
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100