!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda kütləvi dava – 3 polis yaralandı

!Reklam – Yazi

poo4Fevralın 1-dən 2-nə keçən gecə Sabunçu rayonu ərazisində yerləşən “Emin” kafesində qanlı dava olub.

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, gecə saat 00.59-da 102 xidmətinə İlham Bəykişi oğlu Məmmədov soyadlı bir nəfər zəng edərək bildirib ki, adıçəkilən kafenin işçiləri ona bıçaqla hücum ediblər.

Sabunçu RPİ-nin 5 nəfər əməkdaşı dərhal hadisə yerinə yollanıb. Amma kafedə polislərlə müştərilər arasında əvvəlcə mübahisə, sonra isə dava düşüb. Nəticədə üç polis əməkdaşı müxtəlif dərəcəli bıçaq xəsarətləri alıb. Onların hər üçü 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Buna baxmayaraq, polisə hücum edənləri yaxalamaq mümkün olub. Onlar Beyləqan sakinləri – əvvəllər məhkum olunmuş və polisə zəng etmiş, 1986-cı il təvəllüdlü İlham Məmmədov, 1987-ci il təvəllüdlü Dəyanət Muradov və 1986-cı il təvəllüdlü Ceyhun Məlikovdur.

Hazırda faktla bağlı araşdırma aparılır.(Virtualaz)

www.yenicag.az

544
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv