!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda kütləvi dava: Bıçaqlanan var

!Reklam – Yazi

Bakıda kütləvi dava olub.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Nardaran qəsəbəsində qeydə alınıb.

Gecə saatlarında “Dəniz yolu” adlanan ərazidə 1993-cü il təvəllüdlü Əliyev Hacıağa Nizami oğlu və tanışı 3 naməlum şəxlə əlbəyaxa dava edib. Nəticədə H.Əliyevin qarın nahiyəsinə iki bıçaq zərbəsi vurulub.

Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi və 42-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslərin axtarışına başlanılıb.

www.yenicag.az

5149
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv