Reklam: High Technic
hightechnic

Bakıda kütləvi dava: bıçaqlanan var

Bakıda kütləvi dava olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində qeydə alınıb. Bir qrup şəxs arasında düşən davada Orxan Qəmbərov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində davanın iştirakçıları, Bakı şəhər sakinləri Şahin Hüseynov, Vaqif Hüseynov, Şərur rayon sakinləri Pərvin Hüseynov və Vüsal Quliyev tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

www.yenicag.az

1553