Bakıda kütləvi dava – Bir nəfər qətlə yetirildi, taksi sürücüsü yaralandı

Binəqədi rayonunda qətl hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə 9-cu mikrorayonda Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.

Taksi sürücüsü 1985-ci il təvəllüdlü Əkbərov Ziyad Əfqan oğlu və 1988-ci il təvəllüdlü Anar Tağıyev naməlum şəxs tərəfindən bıçaqlanıblar.

Z.Əkbərov yaralı vəziyyətdə A.Tağıyevi özünə məxsus avtomobillə 1 saylı şəhər xəstəxanasına aparıb. Lakin A.Tağıyev avtomobildə çox qan itirdiyindən dünyasını dəyişib.

Z.Əkbərov isə ayağından bıçaqlandığı üçün cərrahi əməliyyat olunub.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin və Binəqədi Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçiriblər.

Hazırda araşdırma aparılır.