bicaglanmaBakıda kütləvi dava zamanı iki qardaş bıçaqlanıb.

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakinləri Mülkədar Nəzərov və onun qardaşı İsgəndər Nəzərov əvvəlcə döyülüb. Daha sonra hər iki qardaşın bədənlərinin müxtəlif nahiyələrinə daş və bıçaqla xəsarət yetiriblər.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qardaşların qohumlarının dediyinə görə, hadisə Mülkədar Nəzərovun yaşadığı evin qarşısında baş verib. İki qardaşı da M.Nəzərovun qaynı və dostları döyərək bıçaqlayıb. Onlar bildirib ki, yeznə və qayın arasında əvvəllər də mübahisə olub.

Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, M. Nəzərovun qaynı Oruc Salmanov və daha iki nəfər saxlanılıb.

Faktla əlaqədar araşdırma davam etdirilir.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 15
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."