Bakıda lift qırılıb, şaxtaya düşdü – Xəsarət alanlar var

Bakıda bədbəxt hadisə baş verib.

Yenicag.az-ın xəbərinə görə, bir qədər əvvəl Nizami metrosu ilə üzbəüz yerləşən 18 mərtəbəli binada lift qırılaraq, şaxtaya düşüb. Həmin an liftdə olan 6 nəfər xəsarət alıb.

Qeyd edək ki, zərərçəkənlər arasında jurnalist Müşfiq Abdulla da olub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Yenicag.az