Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 6 nəfər, Nizami rayonunda 4 nəfər və Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Yenicag.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.
Əməliyyatlar başa çatıb.