Bakıda liftin şaxtasına düşən iki azyaşlı xilas edilib

Bakıda liftin şaxtasına düşən iki azyaşlı xilas edilib.

Yeniçağ.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda iki azyaşlının liftin şaxtasına düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq şaxtaya düşmüş uşaqları xilas edərək aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 15:26-da başa çatıb

Yeniçağ.Az