!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda lisey direktorunun evindən 60 minə yaxın oğurluq edən dayədən XƏBƏR VAR

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda oğurluqda təqsirləndirilən Gülnar İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenicag.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə G.İsmayılovaya şərti cəza verilib.

İttihama görə, hadisə 2019-cu ilin sentyabr ayından 12 mart 2020-ci il tarixədək olan müddət ərzində paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

G.İsmayılova Bakıda liseylərin birində direktor vəzifəsində çalışan Sevinc Orucovanın evindən ümumilikdə 57 800 manatlıq oğurluq edib.

Daha sonra zərərçəkmiş hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinə şikayət edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

G.İsmayılova şübhəli şəxs qismində saxlanılıb.

G.İsmayılova S.Orucovanın uşağının dayəsi olub.

www.yenicag.az

91
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100