Bakıda liseydə yanğın: müəllim və şagirdlər təxliyə olundu

Bakının Yasamal rayonunda Təhsil Nazirliyinə məxsus beşmərtəbəli liiseyin 4-cü mərtəbəsində ümumi sahəsi 90 m2 olan akt zalında kondisioner və 8 ədəd bir birinə bitişik oturacaqlar yanıb.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən liseyin müəllim və şagird heyəti təxliyə olunub. Lisey binası yanğından mühafizə edilib.

Yanğın söndürülüb.

Yenicag.az