!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda lüks villaların “dodaq uçuqladan” qiymətləri - FOTO

!Reklam – Yazi

Hazırda ölkəmizdə satışa çıxarılan villaların dəyəri 14 milyon manata qədər artır.

Bakı şəhəri ərazisində villaların qiyməti əsasən bir milyon manatdan başlayır.

Yüksək dəyərdəki villaların böyük qismi şəhərin Səbail, Xəzər, Nərimanov, Yasamal, Nizami və Sabunçu rayonu ərazisində yerləşir. Onlar əsasən Badamdar, Mərdəkan, Şüvəlan qəsəbələrində yerləşir. Xüsusilə bağ evləri ilə seçilən Abşeron rayonunun Novxanı kəndində dənizə yaxın ərazidə yüksək dəyərdə tikililərə rast gəlinir.

Hazırda 14 milyon manata satışa çıxarılan villa Səbail rayonunun Badamdar qəsəbəsində yerləşir. Villa 25 sot torpaq ərazisində və 1 500 kvadrat metr sahəni əhatə edir.

Sabunçu rayonunun Bilgəh qəsəbəsində 10 milyona satışa çıxarılan 1 700 kvadrat metr sayəsi olan tikili 100 sot ərazidə yerləşir.

Paytaxtın Səbail rayonu Badamdar qəsəbəsində 18 sotda 920 kvadrat metr ərazisi olan villa 6 milyon manata, Yasamal rayonu Elmlər akademiyası yaxınlığında 15 sotda 850 kvadrat metr ərazisi olan tikili isə 5,95 milyon manata satışa çıxarılıb.

Xəzər rayonu Şüvəlan qəsəbəsində 800 kvadrat sahəni əhatə edən tikili 5,7 milyon manata, Badamdarda 920 metr kvadrat sahəsi olan tikili 5,5 milyon manata, Nərimanov rayonunda 1 000 kvadrat metr sahəsi olan tikili və Sabunçu rayonu Bilgəh qəsəbəsində 2 500 kvadrat metr sahəsi olan tikili isə 5 milyon manata sahibini gözləyir.

Novxanı kəndi ərazisində 4,5 milyon manata və 3,2 milyon manata tikililər satışdadır.

Nizami rayonunda yeddi sotda 800 kvadrat metr sahəsi olan tikilinin dəyəri üç milyon manatdır.

www.yenicag.az

640
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv