Bakıda mağazadan 27 ədəd qol saatı oğurlandı

Bakıda mağazadan oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 1 000 manat dəyərində 27 ədəd qol saatı, suvenirlər, gül dəstləri, 2400 manat dəyərində gül və digər əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Abdullayev saxlanılıb.