Bakıda mağazaya basqın oldu

Bakıda mağazaya basqın olub.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə noyabrın 23-də saat 7 radələrində Binəqədi qəsəbəsi ərazisindəki marketlərdən birinə gələn şəxsin oradakı iki satıcını bıçaqla hədələyib quldurluq yolu ilə pul və ərzaq məhsulları talaması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dələduzluğa və soyğunçuluğa görə məhkum olunmuş Ramin Mirzəyev müəyyən edilərək saxlanılıb.

Fakt üzrə Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.