Bakının Nizami rayonunun bir hissəsində içməli suyun verilişində fasilə yaranıb.
Yenicag.az “Azərsu” ASC-yə istinadən xəbər verir ki, Nizami rayonu, Naxçıvani küçəsində (Nazlı Saray şadlıq sarayının yaxınlığı) magistral su kəmərində qəza baş verib.
Hazırda Bakı Sukanal İdarəsinin əməkdaşları qəzanı aradan qaldırır. İşlər 2-3 saat ərzində yekunlaşacaq.