Bakıda manyak yaxalandı

87945Bakıda iki həftə əvvəl məktəbliyə hücüm edən manyak saxlanılıb. Yenicag.az qafqazinfo-ya istinadən bildirir ki, Xətai Rayon Polis İdarəsindən “Report”a verilən məlumata görə, Bakının Xətai rayonu, Zığ şossesi məhəllələrindən birində X sinif şagirdinə hücum edən 1979-cu il təvəllüdlü Rəşad Firdovsi oğlu Məmmədov tutulub. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Zərərçəkən yetkinlik yaşına çatmadığından onun ad və soyadı açıqlanmır. Qeyd edək ki, bu il yanvarın 15-də şübhəli şəxs əvvəlcə qızı izləyib. Şagird binadan içəri daxil olduqdan sonra həmin şəxs də onun ardınca bloka girib. R.Məmmədov qızı döyərək ona xəsarət yetirib. Sonra isə binanı tərk edərək qaçıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir. Tutulan şəxsin digər analoji cinayətlər törədib-törətmədiyi də araşdırılır.