Bakıda maşın aşdı – Ölən və yaralananlar var

Ramanada yol qəzası baş verib.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, dekabrın 23-də saat 14 radələrində Bakı şəhər sakini Sübhan Məmmədov idarə etdiyi “NAZ Lifan” markalı avtomobili aşırıb. Nəticədə sürücü və 5 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan qayınanası M.İsmayılova orada ölüb.

Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.