Bakıda maşın işıq dirəyinə çırpıldı, sürücü öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az ONA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Zabrat yolunda hərəkətdə olan “VAZ 2107” markalı minik maşını işıq dirəyinə çırpılıb. Nəticədə avtomobilin sürücüsü hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.