Bakıda maşın kuryeri vurdu – FOTO

Bakıda avtomobil qəzası baş verib. 

Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Rəsul Rza küçəsində qeydə alınıb.

İlkin məlumata görə, “Toyota Prius” avtomobilinin sürücüsü “Wolt” şirkətinin moped idarə edən kuryerini vurub. Hadisə yerinə təcili tibbi yardım avtomobili çağırılıb. Xəsarət alan kuryer yaxınlıqdakı xəstəxanaya aparılıb./Oxu.az/