Bakıda maşın qəza zamanı iki hissəyə bölündü

Bakının Xəzər rayonu, Türkan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, VAZ markalı avtomobilin qəzaya uğraması nəticəsində maşın iki hissəyə bölünüb.

Hadisə şahidlərinin sözlərinə görə, xoşbəxtlikdən qəza zamanı sürücü həyatda qalıb.