Bakıda maşın yandı

Bakının Nizami rayonunda maşın yanıb. 

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.