!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda maşına oğurluğa girən şəxs orada yatıb qalıb

!Reklam – Yazi

Bakıda avtomobillərdən maqnitafon oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarınını həyata keçirdikləri əməliyyat nəticəsində rayon və paytaxt ərazisində avtomobillərin şüşələrini qıraraq oğurluqlar edən, əvvəllər məhkum olunmuş Rəhim Ələkbərov saxlanılıb. İstintaq zamanı onun avtomobillərdən ümumi dəyəri 1200 manat olan maqnitafonlar oğurladığı müəyyənləşib.

R.Ələkbərov sonuncu oğurluğunu törədərkən avtomobilin içərisində yatıb qalıb. Səhər avtomobilin sahibi oğrunu yatdığı yerdə tutub.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

www.yenicag.az

8546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv