Bakıda avtomobildən meyit tapılıb.
Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Burada “Tofaş” markalı, 99-KO-568 dövlət qeydiyyat nişanlı avtomobildən naməlum kişi meyiti aşkarlanıb.
Dərhal polis əməkdaşları hadisə yerinə cəlb olunub. Aparılan araşdırmalar zamanı meyitin 55 yaşlı Mübariz Əlirza oğlu Zeynalova məxsus olması müəyyənləşib. Meyit tapılarkən üzərində xəsarət və ya zorakılıq əlamətləri olmayıb.
Ölümün səbəblərini bilmək üçün meyit məhkəmə-tibbi ekspertizasının Suraxanı rayon şöbəsinə göndərilib.
Faktla bağlı araşdırma aparılır./Lent.az/