Bakıda mebel sexi YANDI

Bakıda yanğın olub.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonunda ümumi sahəsi 500 m² olan mebel sexinin ondulindən ibarət dam örtüyü 150 m² sahədə yanıb.

“Sexin qalan hissəsi, içərisində olan mebeller və 5 ədəd dəzgah yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə məlumatda qeyd olunub.