Bakıda mebel sexi yanıb

51085Bakının Xətai rayonunda yanğın baş verib. Bakının Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1750 kv. m olan (hər mərtəbəsi 875 kv. m) ikimərtəbəli mebel sexinin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və içərisində olan əşyalar 505 kv. m sahədə yanıb. Mebel sexinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb. (qafqazinfo.az)