Bakıda media və söz azadlığına həsr olunmuş beynəlxalq tədbir keçirilir – FOTOLAR/VİDEO

Azərbaycan daha bir nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edir.

Yenicag.az xəbər verir ki, Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı öz işinə başlayıb.

Toplantıya Asiya, Avropa və Afrikanın 20-yə yaxın ölkəsindən, o cümlədən Türkiyə, Hindistan, Banqladeş, Nepal, Kenya, Zimbabve, İraq, Kosovo, Makedoniya, Şri-Lanka, Tanzaniya, Uqandadan nümayəndələr, həmçinin, ölkəmizin ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri qatılıb.

Tədbirdə BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatların, o cümlədən yerli media qurumlarının rəhbərləri və ekspertlər də iştirak edir. Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv təşkilatların nümayəndələri öz ölkələrində söz azadlığı və medianın durumu, o cümlədən mövcud problemlərə dair məruzələrlə çıxış edəcəklər.

Mövcud sahədəki tendensiyalarla bağlı fikir mübadiləsinin aparılacağı toplantıda həmçinin, ekstremal vəziyyətlərdə və müharibə şəraitində jurnalistlərin davranışı ilə bağlı müzakirələrin aparılması da nəzərdə tutulur.

Ayan Ağayeva

Pərviz Mustafa

COP29