!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həbsxanada məhbusun ölümünə nə səbəb olub? - Rəsmi açıqlama

!Reklam – Yazi

Bakıda cəzaçəkmə müəssisəsində ölüm olub.

Yenicag.az xəbər verir ki, Penitensiar Xidmətin Qaradağ rayonunda yerləşən 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Mürsəlov Fərhad Zeynal oğlu dünyasını dəyişib.

Hadisə yerinə Qaradağ rayon Prokurorluğunun əməkdaşları çıxıb. Ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq ekspertizalar təyin edilib.

Baş vermiş hadisə ilə bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Ədliyyə Nazirliyi məhkumun ölümünə münasibət bildirib. Penitensiar Xidmətin Tibb Baş İdarəsindən verilən məlumata görə, məhkum Mürsəlov Fərhad Zeynal oğlu ürək çatışmazlığından ölüb. Bununla bağlı həkim rəyinin olduğu açıqlanıb.

Penitensiar Xidmətdən bildirilib ki, məhkumun ölümündə müəssisə əməkdaşının rolunun olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

www.yenicag.az

1879
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv