Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Bakıda məktəb-liseydə insident - Təfərrüatlar

Bakıda fəaliyyət göstərən 220 saylı məktəb-lisey təhsil ocağında baş vermiş insidentlə bağlı məlumat yayılıb.

Yenicag.az xəbər verir ki, təhsil müəssisəsindən verilən məlumata görə, yanvarın 29-da özünü 220 nömrəli məktəb-liseyin direktor müavini Zeynəb Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun otağına daxil olaraq, heç bir səlahiyyəti olmadığı halda, məktəbin işinə kobud şəkildə müdaxilə edərək, ifadə edilməsi mümkün olmayan olduqca nalayiq ifadələrlə direktoru təhqir və təhdid edib:

“Həmin hadisə digər şəxslərin şahidliyi ilə baş verib. Direktorun xidməti otağında açıq şəkildə quraşdırılmış video-kameradan görüntülər və hadisə barədə müvafiq akt hüquq-mühafizə orqanlarına təqdim edilib.

Məsələnin nədən qaynaqlandığına gəlincə, 220 nömrəli məktəb-liseyin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Heç bir maaş dəyişikliyi gözlənilmədiyi halda, Zeynəb Rzayeva bu qərara etiraz edib.

Bundan əlavə, məlum olub ki, direktor müavini Zeynəb Rzayeva müəllimlərdən pul alındığını qeyd etdiyi siyahı hazırlayıb və sonradan həmin siyahıya başlıq əlavə edərək mətbuata verib. Bu məsələnin də araşdırılması ilə bağlı müvafiq qaydada müraciət olunub”.

Məlumatda qeyd edilib ki, fevralın 1-də 220 nömrəli məktəb-liseydə Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) əməkdaşının iştirakı ilə müəllimlərlə iclas keçirilib və müəllimlər tərəfindən müvafiq iddiaların tamamilə əsassız olduğu bildirilib.

Hazırda məsələ ilə bağlı BŞTİ tərəfindən də müvafiq araşdırmalar aparılır.

www.yenicag.az

1514
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM