!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda məktəbdə işıqlar söndü

!Reklam – Yazi

Bakı şəhərində yerləşən 167 nömrəli məktəbdə elektrik təchizatı ilə bağlı problem yaranıb.

Məktəbdən Yenicag.az-a bildirilib ki, yaxınlıqdakı küçədə elektrik xətlərində qəza baş verib.

“”Azərişıq” ASC-dən bu gün problemi həll etməyə çalışdıqlarını bildiriblər. Məktəbin daxili elektrik şəbəkəsində hər hansı problem yoxdur”, – məktəbdən qeyd edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən də məsələyə aydınlıq gətirilib.

“167 nömrəli tam orta məktəbin elektrik enerjisi ilə təchizatında yaranmış fasilə ilə bağlı aidiyyəti üzrə müvafiq qurumlara müraciət olunub. Məsələnin qısa zamanda həll edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Hazırda siniflər işıqlıdır, məktəbdə dərslər davam edir”, – deyə açıqlamada qeyd olunub.

İdarədən qeyd olunub ki, elektrik enerjsinin kəsilməsi təhsil müəssisəsinin istiliklə təchizatına problem yaratmayıb. İstilik mərkəzləşdirilmiş qaydada verilir.

www.yenicag.az

530
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv