20 nömrəli məktəb-liseydə baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Qeyd edilib ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
***
Bakıda orta məktəbdə kütləvi zəhərlənmə olub.
Yenicag.az xəbər verir ki, hadisə Parlament prospekti 7/11 ünvanında yerləşən A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyində baş verib.
Zəhərlənənlərin ibtidai sinif şagirdləri olduqları bildirilir.