Bakıda məktəbdən büst oğurlandı – FOTO

Bakıda məktəbdə oğurluq hadisəsi baş verib.

Yenicag.az-ın xəbərinə görə, hadisə Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yerləşən 206 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Belə ki, məktəbin qarşısında tanınmış şəxslərə ucaldılan büstlərdən biri – Nadir Axundovun büstü naməlum şəxs tərəfindən oğurluq yolu ilə ələ keçirilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, büstün qiyməti təxminən 5 000 manatdır./Report/