Bakıda məktəblini maşın vurub.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 13 yaşlı Kamal Məhərrəmovu maşın vuraraq öldürüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Yenicag.az