Bakıda mənzil yanıb

164956_res_01Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında vətəndaşa məxsus, ümumi sahəsi 139 m2 olan üç otaqlı mənzilin 1 otağında ev əşyaları 5 m2 sahədə yanıb.

FHN-in mətbuat xidməti xəbər verir ki, mənzil yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.