Bakıda mənzildə kişi meyiti aşkarlandı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1962-ci il təvəllüdlü Mustafayev Mövsüm Bağır oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.