Bakıda mənzildə meyit aşkarlanıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Yenicag.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1963-cü il təvəllüdlü Məmmədov Rəfail Təvəkkül oğlunun cəsədini aşkar edib.
Cəsəd aidiyyəti üzrə təhvil verilib.