Bakıda mənzildən meyit tapılıb.
Pirallahı Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Ə. Əlizadə küçəsi ev 28, mənzil 4 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1963-cü il təvəllüdlü Rəna Ağayevanın meyiti yaşadığı evdə aşkar edilib. İlkin müayinə zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin olunub.
Faktla bağlı araşdırma aparılır(APA).