Bakıda mənzildə qadın meyiti tapıldı

Bakı şəhərinin Xətai rayonunda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bununla bağlı Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Məmmədova Leyla Hətəm qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.