Bakı şəhərinin Səbail rayonunda kişi meyiti aşkar edilib.
Yenicagaz xəbər verir ki, bu barədə məlumat Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
Məlumata əsasən, 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Vəliyev Şaiq Dünyamalı oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.