Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub.
Xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin giriş qapısını açıb və 1937-ci il təvəllüdlü Pradçikova Praskoviyanın cəsədini aşkar ediblər. Meyit aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 11:10-da başa çatıb(lent).