Bakıda mənzildən meyit tapılıb

Bakıda mənzildən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1949-cu il təvəllüdlü Qədirov Ramiz Əlixan oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Yeniçağ.Az