!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsi faktı aşkarlandı

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi facebook səhifəsinə (https://www.facebook.com/officialfhn/) vətəndaş tərəfindən edilən şikayət əsasında FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən həqiqətən də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, bina 24 ünvanda yerləşən 11 nömrəli mənzilin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə əlaqədar qanun pozuntusuna yol verildiyi müəyyən edilib.

Bu barədə Yenicag.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, mənzilin sahibi Rəsul Namiq oğlu Qənbərovun beşmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ona məxsus ümumi sahəsi 72,91 kv.m olmaqla 3 yaşayış otağından ibarət mənzili qeyri-yaşayış sahəsinə keçirmək məqsədilə panel tipli yaşayış binasının dayanıqlığına xələl gətirə biləcək konstruktiv dəyişikliklər aparması, sanitariya və yanğından mühafizə norma və qaydalarına riayət olunmadan mənzilin bir sıra divarlarını qeyri-qanuni sökməsi, razılaşdırılmış müvafiq layihə sənədləri olmadan yenidənqurma işləri aparması səbəbindən daha əvvəl FHN-in mütəxəssisləri tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilən zaman tikinti işləri dayandırılaraq ərazi lentlənsə də həmin lentin qırıldığı, mənzil daxilində qanunsuz yenidənqurma işlərinin davam etdirildiyi aşkar edilib.

Göstərilən faktla əlaqədar 10 sentyabr 2020-ci il tarixində FHN-in, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə yenidən həmin obyektə baxış keçirilib, qapı möhürlənib, qeyri-qanuni yenidənqurma işlərini həyata keçirən vətəndaşa tikinti sahəsində mövcud qanunvericiliyin tələblərinin pozulması və bununla əlaqədar görülməsi zəruri olan tədbirlər barədə ətraflı məlumat verilib.

“Bir daha, tikinti işləri ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək qanunvericiliyə əməl edilməsinin tələb olunduğunu xatırladır, bina və qurğuların konstruktiv (yükdaşıyan) elementlərində hər hansı bir dəyişikliyin yalnız müvafiq qaydada razılaşdırılmış layihə əsasında həyata keçirilməsinin mümkün olduğunu bildiririk”, – Mətbuat Xidmətindən bildirilib.

www.yenicag.az

546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv