Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Bakıda mənzillər niyə bahalaşır? - Ekspert açıqladı

Bakıda həm təkrar, həm də ilkin mənzil bazarında istər yayın son ayı üzrə, istərsə də il ərzində qiymətlər artıb.

Yenicag.az xəbər verir ki, “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, avqust ayı ərzində təkrar mənzil bazarında qiymətlərdə 0.73 faiz artım olub, il ərzində isə artım 2.23 faiz təşkil edib.

N.İbrahimov bildirib ki, ilkin mənzil bazarında avqust ayı ərzində 2.36 faiz artım olub, il ərzində isə 10.45 faiz artım baş verib.

Ekspertin sözlərinə görə, qiymətlərdə artım mövsümi xarakter daşıyır:

“Adətən yayın axırı payızın başlanğıcında artım qaçılmaz olur. Digər tərəfdən isə bazarda təklif portfelində azalma var, eyni zamanda, yeni mənzillərin tikintisində də azalma müşahidə edilir. Təklif portfelinin azalması isə qiymətlərə təsir edir”.

www.yenicag.az

127
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM