Bakıda mənzillərdən qızıl oğurlayan şəxslər tutulub

Bakıda mənzillərdən qızıl oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 15-də və 30-da rayon ərazisindəki 2 evdən qızıl, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Alik Səfərov və Elnur Fərzəliyev tutulub.

Yeniçağ.Az