Bakıda gənc qız mənzil qarət edib.
Yenicag.az-ın məlumatına görə, hadisə mayın 9-da Suraxanı rayonu Əmircan qəsəbəsində baş verib. Naməlum şəxs qəsəbə sakini İmran Abbasova məxsus mənzildən min manat dəyərində televizor və məişət əşyaları oğurlayıb.
Həmçinin mayın 19-da Əmircan qəsəbəsində N.Əmirovaya məxsus mənzildən 700 manat dəyərində noutbuk oğurlanıb.
Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən oğurluq etməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Əfsanə Ağayeva tutulub.
Faktla bağlı araşdırma aparılır.