Bakıda “Mercedes” körpüdən aşıb: ölən və yaralananlar var

Paytaxtın Qaradağ rayonu ərazisində, Bakı-Ələt magistral yolunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, hadisə Bakı Dəniz Limanının yaxınlığındakı körpüdə qeydə alınıb.
Belə ki, “Mercedes” körpüdən aşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Qəza zamanı ölənlərin və xəsarət alanların kimliyi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Yeniçağ.Az