Bakıda “Mercedes” yandı

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Səbail rayonunda “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.