Bakıda “Mercedes” yandı

Bakıda “Mercedes” yanıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, Qaradağ rayonunda “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.