Bakıda “Mercedes” yanıb

86041Bakıda yanğın hadisəsi qeydə alınıb.

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 16:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

(qafqazinfo.az)