Bakıda məşhur məktəbdə YOLUXMA: Sinfin 10 şagirdi və müəllimi…

Paytaxtda, A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyində bir sinifdə 10 şagird və 1 müəllim qızılcaya yoluxub.

Yenicag.az xəbər verir ki, hadisə sözügedən məktəbin rus bölməsi üzrə 1-ci sinfində qeydə alınıb.

Sinifdə tədrisin distant təhsilə keçib-keçməyəcəyi ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinin qərarı gözlənilir./bakuws